Əlaqə

Fidan Allahverdiyeva

Hər kəsin görünməyən bir hekayəsi var.
Bəlkə də danışmağın vaxtıdır…

Özünüzü daha yaxşı anlamaq və həyatınızda sizə yaxşı gələn dəyişikliklərə yer açmaq üçün bu yolda yanınızdayam.

01Haqqımda

Tanış olaq!
Mən Fidan.

Avropa Psixologiya məzunuyam və hazırda həkim-psixiatr olma yolunda tibb təhsili alıram. Eyni zamanda şəxsi ofisimdə psixoterapevt olaraq fəaliyyət göstərir, sinir elmləri və psixi sağlamlıq sahəsində elmi tədqiqatlarla məşğul oluram.

Fəaliyyətimin əsas məqsədi elmi əsaslı, etik prinsiplərə və beynəlxalq standartlara uyğun terapevtik xidmət göstərmək, eyni zamanda psixi sağlamlıq sahəsinin inkişafına töhfə verəcək tədqiqatlar aparmaqdır.

Fidan Allahverdiyeva

02Təhsil

Təhsil

  • Tamamlanıb

    Eötvös Loránd Universiteti (ELTE)

    Psixologiya · BA/BSc

    • Budapeşt, Macarıstan
    • Akademik fərqlənmə
  • Davam edir

    Azərbaycan Tibb Universiteti

    Tibb · MPF-1

    • Bakı, Azərbaycan
    • Prezident Təqaüdü Qrupu

Diplom tanınması şəhadətnaməsində bəzi şəxsi məlumatlar məxfilik səbəbi ilə gizli tutulub.

03Seanslar

Fərdi
psixoterapiya seansları

  • Müddət50–60 dəqiqə
  • FormatÜzbəüz və ya onlayn
  • DilAZ · EN · RU
  • QiymətSorğu ilə

Seanslarda yaşadığınız emosional çətinlikləri, düşüncə və davranış modellərinizi birlikdə anlamağa və psixoloji rifahınızı yaxşılaşdırmağa çalışırıq. Məqsəd yalnız müəyyən bir problemi aradan qaldırmaq deyil; emosiyalarınızı anlamağınız, çətinliklərin öhdəsindən gəlməyiniz və gələcəkdə istifadə edə biləcəyiniz daha faydalı strategiyalar formalaşdırmağınızdır.

Müraciət edə biləcəyiniz mövzular

  1. 01Təşviş pozuntuları (anxiety)
  2. 02Stress və tükənmişlik (burnout)
  3. 03Özünə inam və özünə dəyər problemləri
  4. 04Emosional tənzimlənmə bacarıqlarının inkişafı
  5. 05Krizis vəziyyətlərində psixoloji dəstək
  6. 06Şəxsi inkişaf və həyat məqsədlərinin təyin edilməsi
  7. 07Münasibət problemləri
  8. 08Həyat keçidləri (yaş, iş, ölkə) və adaptasiya

İlk görüşdə uyğunluğu birlikdə dəyərləndiririk; davam etmək qərarı həmişə sizindir.

04Suallar

Tez-tez
verilən suallar

Terapiyaya başlamazdan əvvəl ağlınıza gələ biləcək suallar. Cavab tapmadığınız sual varsa, yazın.

Psixoterapiya insanın emosional çətinliklərini, düşüncə və davranış modellərini daha yaxşı anlamasına, psixoloji rifahını yaxşılaşdırmasına kömək edən peşəkar dəstək prosesidir.

İlk görüşdə müraciət səbəbiniz, hazırkı çətinlikləriniz, gözləntiləriniz və məqsədləriniz müzakirə olunur. Bu, bir-birinizi tanımaq və gələcək iş istiqamətini müəyyənləşdirmək üçün fürsətdir.

Bu, müraciət səbəbindən, məqsədlərinizdən və fərdi ehtiyaclardan asılıdır. Bəzi məsələlər üzərində daha qısa müddətdə, digərləri üzərində isə daha uzun müddət işləmək lazım gələ bilər.

Mütləq deyil. Psixoterapiya dərmansız aparıla bilər. Bəzi hallarda dərman müalicəsi də tövsiyə oluna bilər; bu barədə qərar müvafiq tibbi qiymətləndirmə əsasında həkim tərəfindən verilir.

Psixoloq psixoloji proseslər və davranış üzrə təhsil almış mütəxəssisdir. Psixoterapevt müvafiq hazırlıq və səlahiyyətləri çərçivəsində psixoterapiya aparır. Psixiatr isə tibbi təhsil almış həkimdir və psixi pozuntuların tibbi qiymətləndirilməsini, diaqnostikasını və müalicəsini həyata keçirir.

Bir çox insan üçün onlayn psixoterapiya faydalı ola bilər və üzbəüz görüşlərə alternativdir. Uyğunluq müraciət səbəbindən, şəxsi ehtiyaclardan, məxfilik imkanlarından və texniki şəraitdən asılıdır.

Məxfilik psixoterapiyanın əsas prinsiplərindən biridir. Məlumatlarınız peşəkar və hüquqi məxfilik qaydalarına uyğun qorunur. Təhlükəsizliklə bağlı ciddi risklər və qanunvericilikdə nəzərdə tutulan hallar kimi istisnalar ola bilər.

Psixoterapiyanın məqsədi sizi mühakimə etmək deyil, yaşadıqlarınızı anlamaq və çətinlikləriniz üzərində təhlükəsiz, hörmətli şəraitdə işləməkdir.

Bəzi terapevtik yanaşmalarda seanslar arasında özünümüşahidə, düşüncələrin qeyd edilməsi və ya yeni davranış strategiyalarının sınaqdan keçirilməsi kimi tapşırıqlardan istifadə olunur. Bunlar terapiyanın məqsədlərinə uyğun müəyyən edilir.

Bəzən çətin emosiyalar və ağrılı xatirələr üzərində işləmək müvəqqəti narahatlıq yarada bilər. Bu, hər kəsdə baş vermir. Belə bir vəziyyət yaranarsa, bunu terapevtinizlə müzakirə etmək vacibdir.

Terapevtik münasibətdə güvən və uyğunluq vacibdir. Narahatlığınızı terapevtinizlə açıq müzakirə edə bilərsiniz. Uyğunluq yaranmadıqda başqa mütəxəssisə müraciət etmək də mümkündür.

Xüsusi hazırlıq tələb olunmur. Sizi narahat edən məsələlər, təkrarlanan çətinliklər və terapiyadan gözləntiləriniz haqqında düşünmək faydalı ola bilər. Hər şeyi əvvəlcədən dəqiq müəyyənləşdirməyiniz vacib deyil.

Görüş təyin etmək üçün mənimlə əlaqə saxlaya bilərsiniz. İlk görüşdə müraciət səbəbinizi və gözləntilərinizi müzakirə edərək sizin üçün uyğun iş istiqamətini müəyyənləşdirə bilərik.

QeydSeansın ləğvi və tarix dəyişikliyi

Seans vaxtının dəyişdirilməsi və ya ləğvi üçün ən azı 24 saat əvvəl məlumat verməyiniz xahiş olunur. Bu qayda hər bir pasiyent üçün ayrılmış vaxtın qorunmasına xidmət edir.

05Əlaqə

Gəlin danışaq!

Ən qısa zamanda sizə geri dönüş ediləcək.

WhatsApp, e-mail və sosial şəbəkələr təcili yardım xətti deyil. Təcili təhlükə və ya böhran vəziyyətində yaşadığınız ölkənin təcili yardım xidmətinə müraciət edin.

AZ @PsyFidan · [email protected]